Питание для ухода за детьми -зал

Capt'nCook

"Sağlam böyüyən uşaq bir yaşın axırı üçün 8-10 dişə malik olmalıdır. Ona görə də onun yeməyinin rasionunda bir qədər sərt qidalar olmalıdır.

Dişlərin çıxması səbəbilə mədə-bağırsaq funksiyasının tədricən təkmilləşməsi ilə əlaqədar olaraq verilən südün miqdarı azaldılır, bir qədər artıq tərəvəz və meyvə ilə əvəz edilir. Yarmanı uşağa təkcə sıyıq halında deyil, həm də oladi, kotlet halında, tərəvəzi isə bişirilmiş, yaxud pörtlədilmiş, dilim-dilim kəsilmiş şəkildə vermək olar.

1 yaşdan böyük olan uşaqların qidasında onların bütün tələbatını ödəyən kafi miqdarda zülal, yağ və karbohidrat olmalıdır. Bundan başqa, qəbul olunan qida vitaminlərlə, lazımi qədər su və duzlarla zəngin olmalıdır.

1 yaş 5 aylıqdan sonra uşaq tərəvəzdən hazırlanmış şorba, yarma şorbası, tərəvəz püresi qəbul etməlidir. Donuz, qoyun, qaz kimi ət növlərini uşağa vermək olmaz. Çünki belə ətlərdə yağ çoxdur və onlardan hazırlanan xörək çətin həzm olunur.

Uşağın yeməyində tərəvəz, meyvə və giləmeyvə, qırmızı turp, ağ turp, soğan, quşüzümü, böyürtkəndən geniş istifadə olunmalıdır. 1 yaşdan 2 yaşa qədər olan uşaqlar üçün gündəlik südün miqdarı 700 millidən, 2 yaşdan 3 yaşına qədər uşaqlar üçün isə 500 millidən az olmamalıdır".

Capt’nCook

Высокие стандарты качества
Uşaqların qayğısına qalmaq və onların sağlam böyümələrində ən mühüm rol oynayan qidalanmanı bizə etibar edə bilərsiniz.

Şagirdlər və valideynlər üçün

Davamlı qida

Regional və mövsümi
Yeməklərin qida və enerji dəyərləri üzrə cədvəldə göstərilən məlumatlar laboratoriya müayinələri, texniki-texnoloji xəritə və təchizatçılar tərəfindən təqdim olunan qida dəyəri məlumatlarına əsaslanır. Porsiya həcmində fərqlilik, həmçinin regional və mövsüm fərqliliyi hər bir menyu məhsulunun qida dəyərinə təsir edə bilər. Yeməklərin resepturası vaxtaşırı dəyişə bilər.

Maks-Service

HACCP konsepsiyası

Qida Gigiyenası
HACCP konsepsiyası istehsal prosesində ciddi qida gigiyena və təhlükəsizlik təmin edən effektiv nəzarət sistemidir. Bu ardıcıl sənədləri, və müstəqil HACCP gigiyena İnstitutu tərəfindən həyata keçirilir müntəzəm yoxlamalar tələb edir.

D-A-CH

Sağlam qidalanma
Biz müştərilərimizin sağlamlıqlarının qayğılarlna qalırıq. Bizi seçən müştərilərin qidalanmalarını bizə etibar etmələri,sağlam qidalanmaları və hər zaman özlərini güclü və gümrah hiss etmələri bizim üçün böyük fəxrdir.